YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yüksək nüfuza malik Lider

Şuşalı seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Yasamal rayonunda məskunlaşan şuşalı seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, təşviqat qrupunun üzvləri Ağalar Əliyev və Elçin Əhmədov çıxış ediblər.

Qeyd olunub ki, partiyanın namizədi cənab İlham Əliyev Azərbaycan xalqına son 200 ilin ən şərəfli və şanlı tarixini yaşatdı. Qazanılan uğurlar onu göstərir ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir Liderdir.

Seçicilər də öz növbəsində ölkəmizin gələcək inkişafı naminə ən layiqli namizədə - cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv