YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şanlı Qələbələrə doğru!

Siyəzən rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Siyəzən rayonunun Gilgilçay qəsəbəsində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev, YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin komitə sədri Sadiq Qurbanov və  təşviqat qrupunun üzvü Fuad Hacızadə çıxış ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Qalib Xalqın Qalib Lideri!” adlı videoçarx nümayiş etdirilib.

Çıxışlarda qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev "dəmir yumruğ"u ilə torpaqlarımızı işğaldan azad etməklə, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və Konstitusiya əsaslarını bərpa etməklə hər bir azərbaycanlının ən müqəddəs arzusunu yerinə yetirdi! Diqqətə çatdırılıb ki, qalib xalq və qürurlu vətəndaş kimi Zəfər seçkisinə gedəcəyik. Təbii ki, bir vətəndaş olaraq Azərbaycanın inkişafına, parlaq və işıqlı gələcəyinə - İlham Əliyevə səs verəcəyik.

Seçicilər də bildiriblər ki, Qarabağda bayrağımızı ucaldan Lider İlham Əliyevə səs verəcəklər.