YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclərin ən böyük himayəçisi və dəstəkçisi Prezident İlham Əliyevdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Beyləqan rayon Mədəniyyət Mərkəzində gənclər, o, cümlədən idmançılarla görüş keçirilib.

Görüşdə YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, təşviqat qrupunun üzvləri İlhamə İsmayılova, Sənan Kərimov, Xəyalə Kərimova, Bəradər Muradov, şəhid atası Təyyar Nağıyev, şəhid atası Şakir Abdullayev, qazi Mehman Məmmədov və başqaları çıxış ediblər.

Çıxışlarda Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasətindən söz açılıb, sosial həyatın bütün sferalarında gənclərin çoxluq təşkil etdiyi vurğulanıb.

Natiqlər qeyd ediblər ki, Prezident İlham Əliyevin böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib: “Respublikamızda Olimpiya İdman komplekslərinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur”.

“Qalib Liderimizə inamımız sonsuzdur!” deyən gənclər isə  7 fevralda Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcəklərini deyiblər. 

Qeyd edək ki, yanvarın 24-də Beyləqan rayonunun Şərq qəsəbəsində də seçicilərlə görüş keçirilb.