YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Son 20 ilin böyük uğur və nailiyyətləri

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Biləsuvar rayonunun Muğan, Yuxarı Ağalı kəndlərində və Biləsuvar şəhəri Səməd Vurğun küçəsi-2 ünvanında seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid atası İlqar Astanov, təşviqat qrupunun üzvlərindən Mirzəli Məmmədov və Qulamhüseyn Əliyev çıxış ediblər. Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il böyük uğurlar və nailiyyətlərlə yadda qalıb. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra ölkəmizdə və regionda yeni reallıqlar yaranıb. Bu reallıqlardan biri də məhz seçkilərin bütün ölkə ərazisində keçirilməsidir.

Natiqlər vətəndaşları dövlətimizin dinamik inkişafını təmin edən, ölkəmizi uğurdan-uğura aparan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər də fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs  verəcəklərini vurğulayıblar.