YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderlə daha uğurlu gələcəyə doğru!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Ağstafa rayonunun Muğanlı, Zəlimxan kəndlərinin sakinləri, eyni zamanda Qıraq Kəsəmən kəndində şəhid ailələri və sakinlərlə görüş keçirilib.

Görüşlər zamanı YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, təşviqat qrupunun üzvləri Fərhad Hacıyev, Cümşüd Musayev, Aydın Qurbanov, Şəfəq Cəlilova, Aqşin Quliyev, İmran Nəsibov, Yeganə Əhmədova, Canpolad Yusifov, Məmməd Məmmədov və başqaları çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, prezident seçkiləri ilk dəfə Azərbaycanın bütün ərazilərində keçiriləcək. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan bütün istiqamətlərdə qazandığı böyük uğurlarla dünya dövlətləri arasında layiqli yer tutub. Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib, insan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olublar.

Natiqlər seçiciləri səsvermə günü fəal olmağa və YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.