YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderlə yeni hədəflərə doğru

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsi və “Stansiya Sumqayıt” ərazisində məskunlaşmış Qubadlı seçilərilə görüş keçirilib.

Görüşlərdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, təşviqat qrupunun üzvləri, Zakir Qasımov, Sədaqət Hüseynova və şəhid ailəsinin üzvü Rəhminə Mehtiyeva çıxış ediblər. Çıxışlarda diqqətə çatdırılıb ki,  müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan misilsiz inkişaf yolu keçib. Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib, insan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olub.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də xalqımıza Zəfər sevinci yaşadan İlham Əliyevə səs  verəcəklərini bildiriblər.