YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderin əsas amalı xalqa xidmət etməkdir

Ucar rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Ucar rayonunun Qarabörk kəndinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, təşviqat qrupunun üzvləri Nurməmməd Tağıyev, Yaqut Zeynalova, Fuad İsrəfilov və şəhid atası Əli Vəliyev çıxış ediblər.

Qeyd olunub ki, cənab İlham Əliyev dövlət başçısı olaraq “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” vədinə sadiq qalıb, Onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan bütün sferalarda böyük inkişaf yolu keçib. Çünki Prezident İlham Əliyev bütün fəaliyyətində dahi Lider Heydər Əliyevin ideyalarına sadiqdir və Ümummilli Liderimizin müəyyən etdiyi inkişaf strategiyasını uğurla davam etdirir. Onun fəaliyyətinin başlıca amalı dövlətə və xalqa xidmət etməkdir. Dövlət başçısı ilə vətəndaşlar arasında qarşılıqlı inam və etimad var. Bütün bunların nəticəsidir ki, ölkəmizdə sabitlik və vətəndaş həmrəyliyi hökm sürür.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək Ümummilli Liderin layiqli davamçısı cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.  

Qeyd edək ki, yanvarın 24-də Ucar rayon mərkəzində məhəlli görüşlər də keçirilib.