YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın sonsuz məhəbbət bəslədiyi Lider

Qazax rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Qazax rayonunun Quşçu Ayrım, Məzəm, Ürkməzli və Dəmirçilər kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, təşviqat qrupunun üzvləri  Bəsti Ələkbərova, Cavanşir Rüstəmov, Vaqif Nəsibov, Qədir Əfəndiyev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası seçkilərə “Qalib xalqın qalib Lideri” şüarı ilə gedir. Bildirilib ki, müstəqil dövlətçilik dövrünün inkişafında yeni tarixi mərhələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə başlanıb.  Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 il ərzində Azərbaycan hər bir sahədə böyük inkişaf yolu keçib. Vurğulanıb ki, Azərbaycan xalqının lider kimi sonsuz məhəbbət bəslədiyi cənab İlham Əliyev beynəlxalq aləmdə də dünyanın tanınmış liderlərindən biri kimi qəbul edilir. Sadalanan faktlar onu deməyə əsas verir ki, Azərbaycan haqq yolu ilə irəliləyir və müdrik xalqımız seçimində heç vaxt yanılmayıb.

Görüşlərdə iştirak edən seçicilər daha parlaq gələcək naminə fevralın 7-də seçki məntəqələrinə gedərək partiyanın namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv