YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlhamla zəfərlərdən-zəfərlərə doğru!

Xaçmazlı seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Xaçmaz rayonunun Müzəffəroba və Müşkür   kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, təşviqat qrupunun üzvləri Nazim Ağayev, Ramin Əzizov, Abasyar Heydərov, Azim Davudov çıxış ediblər. Bildirilib ki, son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb, Qarabağ tamamilə seperatçılardan azad olunub. Cənab İlham Əliyev bütün vədlərini yerinə yetirib, hər bir Azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib. Ən böyük naliyyət misilsiz, möhtəşəm Zəfər isə Azərbaycanın suverenliyinin bərpa olunmasıdır. Diqqətə çatdırılıb ki, bu seçkilər həmdə onunla əlamətdardır ki, müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq respublikanın bütöv ərazisində keçirilir. Haqlı olaraq bu seçkilər Zəfər seçkisi kimi dəyərləndirilir.

Natiqlər seçiciləri gələcəyimiz,  inkişafımız naminə qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Xaçmaz şəhəri Heydər Əliyev prospektində, N.Nərimanov küçəsində seçicilərlə məhəllə görüşləri keçirilib.