YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərəqqidən Zəfərə

Göygöl rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Göygöl rayonunun Cümşüdlü, Tülallar, Yalqışlaq, Danayeri kəndlərində və Göygöl şəhərinin məhəllələrində seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan görüşlərdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, təşviqat qrupunun üzvü Ofelya Rəhimova çıxış ediblər.

Çıxışçılar Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində görülən misilsiz işlərdən bəhs ediblər. Onlar Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərin əhəmiyyətindən danışıblar. Bildirilib ki, Prezident İlham Əliyev Azərbaycanı tərəqqidən Zəfərə çatdırıb.

Seçicilər yeganə seçimlərinin cənab İlham Əliyev olduğunu vurğulayıblar.

Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv