YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni dövrün Liderinə səs verək!

Zaqatala rayonunda seçicilərlə növbəti görüş keçirilib.

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Zaqatala rayonunda seçicilərlə görüş keçirilib.

Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Zaqatala rayon təşkilatının sədr müavini Fərid Ramazanov, Milli Məclisin deputatı Kamilə Əliyeva, partiyanın veteran üzvü Tahir Məmmədov çıxış ediblər.

Qeyd olunub ki, cənab İlham Əliyev dövlət başçısı olaraq xalqa verdiyi bütün vədlərə sadiq olub. Son 20 ildə Azərbaycanı dünyanın ən güclü dövlətlərindən birinə çevirib. Ölkəmizin dünyada nüfuzunun artması dövlət başçımızın müdrik siyasətinin nəticəsidir. Cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan hər sahədə böyük inkişaf yolu qət edib.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.