YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəffaf və ədalətli seçkilər demokratiyanın əsas göstəricisidir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Bərdə rayonunun Şorəlli, Divanlı, Ərəblər, Kətəlparaq və Piyadalar kəndinin seçiciləri ilə görüşlər keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, yerli təbliğat qrupunun üzvləri Tərlan Musayeva, Qasım Hacıyev, Aqşin Hacızadə, Gülnarə Əliyeva, Arifət Əhmədova, Əlvanə Məmmədova, şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova, Birinci Qarabağ müharibəsi iştirakçısı Gəray Əsədov çıxış ediblər. Natiqlər seçiciləri 7 fevral seçkilərində fəal iştirak etməyə və qalib Lider, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Görüşdən sonra təbliğat qrupunun üzvləri rayonun Cəyirli, Piyadalar, Divanlı kəndlərində şəhid ailələrini ziyarət ediblər.