YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderin şah əsəri

Şabran rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Şabran rayonunun Ağbaş kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, təşviqat qrupunun üzvləri Əmircan Ocaqov və Şəfiqə Məmmədova çıxış ediblər.

Çıxışlarda Vətən müharibəsinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdığı qeyd olunub. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz və müzəffər xalq kimi tanıtdı. Ərazi bütövlüyümüzün bərpa olunmasının Prezident İlham Əliyevin siyasətinin şah əsəri olduğu və bu Qələbənin tarixdə əbədi qalacağı diqqətə çatdırılıb.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

DİGƏR Xəbərlər Arxiv