YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanı tarixinin ən uca zirvəsinə yüksəldən Lider

Tərtərli seçicilər cənab İlham Əliyevin namizədliyini dəstəkləyir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Tərtər rayonunun Hacıqərvənd  kəndindən olan seçicilər ilə görüş keçirilib.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Ağalar Vəliyev, Kamil Məmmədov, Pərvanə Xuduyeva və Ramil Məhərrəmov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, son 20 il çağdaş tariximizə qızıl hərflərlə yazılan səhifə oldu. 2003-cü ildən bu günə qədər qət olunan məsafə, əldə edilən nailiyyətlər göstərir ki, Azərbaycan reallığı Prezident İlham Əliyevin uğurlu siyasətinin  təzahürü, məntiqi nəticəsi, xalqımızın qürur, dövlətimizin isə güc mənbəyidir.

Natiqlər bildiriblər ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində dövlətimiz hərtərəfli inkişaf edir. Bu gün əminliklə deyə bilirik ki, bizim müstəqil, suveren, güclü və beynəlxalq münasibətlər sistemində layiqli yer tutan dövlətimiz var. Vətən müharibəsində qazanılan böyük Qələbə Azərbaycan tarixinin ən parlaq səhifəsidir.

Təşviqat qrupunun üzvləri seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və hər bir azərbaycanlıya qələbə sevincini bəxş etmiş Qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə fevralın 7-də seçki məntəqələrinə gedərək Azərbaycana uğurla rəhbərlik edən cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv