YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sürətli və dayanıqlı inkişaf naminə qalib Liderə səs verək

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Yasamal rayonu ərazisində məskunlaşmış laçınlı seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, təşviqat qrupunun üzvləri Ələmdar Şahverdiyev, Gülməmməd Məmmədov çıxış ediblər.

Qeyd olunub ki, Vətən müharibəsində Qələbə qazanmaqla regionda yeni reallıqlar yaratmış ölkəmiz həm də siyasi müstəvidə bu reallıqların beynəlxalq aləm tərəfindən qəbul edilməsinə nail olub. Vətən müharibəsindən sonra bəzi xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının qarşısı qətiyyətlə alınıb.

Çıxış edən natiqlər seçiciləri sürətli və dayanıqlı inkişaf üçün qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

DİGƏR Xəbərlər Arxiv