YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sözü imzası qədər əhəmiyyətli Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Qəbələ şəhərində şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edilib. Görüşdə YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov, Milli Məclisin deputatı Ramil Həsən, təşviqat qrupunun üzvləri Saleh Məsimov, Tahir Hacıyev, Elşad Abdurahmanov, Səbinə Mürşüdzadə, Rəşad Əhmədov çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, müstəqilliyini günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində Prezident İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. Əsrə bərabər 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olunub.

Çıxış edənlər seçiciləri 7 fevral prezident seçkilərində ölkəmizin parlaq gələcəyinin təminatçısı olan cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində rayonun Nohurqışlaq və Tüntül kəndlərində də seçicilərlə görüş keçirilib.