YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daha böyük Zəfərlər naminə!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Göyçay  Məlikkənd, Şıxbəy və Şıxəmir kəndlərində yaşayan  seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, şəhid atası Akif Kərimov, Vətən müharibəsi qazisi Samir Süleymanov və təşviqat qrupunun üzvü Xəlil Orucov çıxış ediblər. Çıxışlarda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin yürütdüyü müdrik siyasətdən, ölkəmizin əldə etdiyi uğurlardan, qazanılmış şanlı Zəfərdən geniş bəhs edilib. Bildirilib ki, son 20 ildə Azərbaycanın əldə etdiyi nailiyyətlər, ölkə iqtisadiyyatın dinamik inkişafı, maliyyə ehtiyatlarının artması Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir.

Natiqlər 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və daha böyük Zəfərlər naminə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.