YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bizə Zəfər qazandıran Liderə səs verək!”

Astara rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Astara rayonunun Artupa kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, təşviqat qrupunun üzvləri Nadir Quliyev, Rafiq Əliyev və şəhid xanımı Nuranə Fərəcova çıxış ediblər.

Qeyd olunub ki, Zəfər seçkisi kimi tarixə düşəcək 7 fevral prezident seçkiləri ərazi bütövlüyümüz və suverenliyimizin tam təmin olunmasının daha bir göstəricisidir. Müstəqillik dövründə ilk dəfə olaraq bütün ölkə ərazisində seçkilərin keçirilməsi bu reallığı təsdiqləyir.

Öz növbəsində çıxış edən seçicilər artıq öz seçimlərini etdiklərini, hamılıqla 7 fevralda baş tutacaq seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi – qalib Lider İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.