YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq məğrur Liderini dəstəkləyir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Nizami rayonunda yaşayan “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin üzvü olan seçicilər ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra partiyanın prezident seçkilərində namizədi cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Daha sonra YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Azər Səfərov, təşviqat qrupunun üzvləri Edilman Məmmədov, Ofelya Nəsirova və başqaları çıxış ediblər.

Çıxışlarda bildirilib ki, 20 ildə Azərbaycan öz tarixinin ən qüdrətli dövlətinə çevrilib. Cənab İlham Əliyev özünün qətiyyətli siyasəti ilə xalqımızın şərəf salnaməsinə çevrilən, bizi gələcək nəsillərimiz qarşısında başıuca edən yeni tarix yazıb və yaradıb.

Seçicilər qalib Lider İlham Əliyevə səs verərək ölkəmizin davamlı inkişafını dəstəkləyəcəklərini deyiblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, həmin gün təşviqat qrupunun üzvləri seçicilərlə fərdi görüşlər də keçiriblər.

DİGƏR Xəbərlər Arxiv