YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfərlərlə dolu gələcəyimizə səs verək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Yasamal rayonunda seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, partiyanın mərkəzi təşviqat qrupunun üzvləri, Milli Məclisin deputatı Elnur Allahverdiyev, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Rəna Mirzəzadə, təşviqat qrupunun üzvləri Abel Məhərrəmov, Elxan Hüseynov, Füzuli Qurbanov və İsrayıl İsgəndərov çıxış ediblər.

Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il Azərbaycan xalqının taleyində yeni inkişaf mərhələsinin başlanğıcı olub. Ulu Öndərin formalaşdırdığı sağlam və möhkəm təməl üzərində Prezident İlham Əliyevin qurduğu güclü və müasir Azərbaycan bir çox taleyüklü problemləri geridə qoyaraq, gələcəyə doğru inamla addımlayan ölkələr sırasında öz layiqli yerini tutub.

Natiqlər seçki günü hər kəsi qələbələrlə dolu gələcək naminə cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, həmin gün Yasamal rayonu “M.V.Vidadi küçəsi 42” ünvanında yaşayan seçicilərlə də fərdi görüşlər keçirilib.