YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Lider xalqı daha yaxşı gələcəyə aparacaq

Ucar rayonunda seçicilərlə görüş davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Ucar rayon Qazıqumlaq kənd Diyarşünaslıq evində Qazıqumlaq və Məlikballı kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Əvvəlcə Vətən müharibəsi şəhidi Orxan İsmayılovun doğum günü ilə əlaqədar rayonun Məlikballı kənd qəbiristanlığında şəhidin xatirəsi anılıb.

Daha sonra Qazıqumlaq kəndində Şəhidlər abidəsi kompleksi və Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub.

Görüşdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Milli Məclisin deputatı Ramil Həsən, şəhid atası Əli Vəliyev, təşviqat qrupunun üzvləri Fuad İsrəfilov, Rahib Rəsulov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs onun layiqli siyasi varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu gün Azərbaycan Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməllər üzərində gündən-günə güclənir. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə öz ərazilərini düşmən tapdağından azad etməklə dünyada böyük nüfuz sahibinə çevrilib.

Natiqlər seçiciləri qarşıdan gələn prezident seçkilərində rifahı, yüksəlişi və tərəqqini seçməklə cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, həmin gün Ucar rayon mərkəzində və Qaradağlı kəndində məhəlli görüşləri də keçirilib.