YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətin gələcəyini qalib Liderə etibar edirik!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində 23 yanvar tarixində Neftçala rayonunun Yenikənd, Mayak və Sübh kəndlərinin seçicilərlə, eləcə də bir qrup Vətən müharibəsi iştirakçısı ilə yerlərdə görüş keçirilib.

Görüşdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, təşviqat qrupunun üzvləri Fərhad Baxışov, Bədirə Niftalıyeva, şəhid anası Filarə İsmayılova və qazi Yusif Abdullayev çıxış ediblər. Çıxış edən natiqlər ölkəmizdə həyata keçirilən islahatların əhalinin rifahına müsbət təsir etdiyini, xalqın güzəranının xeyli yaxşılaşdığını bildiriblər. Qeyd olunub ki, ötən illər ərzində bütün sahələrdə köklü islahatlar həyata keçirilib, ciddi dəyişikliklərə nail olunub. Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidməti isə torpaqlarımızın düşmən işğalından tamamilə azad edilməsidir.

Çıxışçılar tarixi qələbədən sonra ölkəmizdə və regionda yaranan yeni reallıqlara da diqqət çəkiblər. Bu reallıqlardan biri də məhz seçkilərin bütün ölkə ərazisində keçirilməsidir. Vurğulanıb ki, prezident seçkiləri Azərbaycan üçün yeni hədəflər müəyyən edəcək.

Seçicilər isə çıxışlarında seçki günü məntəqələrə gedərək qalib xalqın qalib liderinə səs verəcəklərini vurğulayıblar.