YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanı tarixinin ən yüksək zirvəsinə ucaldan Lider

Cəlilabad rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində 23 yanvar 2024-cü il tarixində Cəlilabad rayonunun Kürdlər və Təklə kəndlərində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Cəlilabad rayon təşkilatının sədr müavini Rafiq Ağayev, Milli Məclisin deputatı Elman Nəsirov, təşviqat qrupunun üzvləri Yeganə Rzayeva, Nəbi İskəndərov çıxış ediblər. Çıxışlarda diqqətə çatdırılıb ki, bütün əraziləri üzərində suverenliyini bərpa edən, Xankəndi və digər şəhərlərdə üçrəngli bayrağımızı ucaldan Azərbaycan yeni tarixi seçimə hazırlaşır. 2024-cü il fevralın 7-nə təyin edilmiş prezident seçkilərinin ilk dəfə olaraq suveren, ərazi bütövlüyünü təmin etmiş Azərbaycan Respublikasının bütün ərazilərində keçirilməsi mümkün olacaq ki, bu da xalqımız üçün böyük qürur və fəxarət doğuran hadisə kimi dəyərləndirilməlidir. 

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevarlın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan müzəffər sərkərdə İlham Əliyevə səs  verəcəklərini bildiriblər.  

DİGƏR Xəbərlər Arxiv