YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni zəfərlərə doğru!

Göygöllülərin seçimi xalqın Müzəffər oğlu İlham Əliyevdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Göygöl rayonunun Aşıqlı, Köşkü, Üçbulaq kəndlərində və Göygöl şəhərinin məhəllələrində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, təşviqat qrupunun üzvləri Əmirxan Mövlayev və Dilarə Qazıyeva çıxış ediblər. Çıxışçılar Prezident  İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində görülən misilsiz işlərdən bəhs edərək Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən  müharibəsində əldə edilən tarixi Zəfərin əhəmiyyətindən danışıb, ölkəni inkişafdan tərəqqiyə, tərəqqidən Zəfərə çatdırdığını bildirərək, qədirbilən xalqımızın Prezident İlham Əliyevə hər zaman etimad göstərməklə ölkəmizdə görülən misilsiz işləri, uğurlu daxili və xarici siyasəti, peşəkar idarəçiliyi yüksək qiymətləndirdiyini söyləyiblər.  

Seçicilər isə 7 fevral seçkilərində yeganə seçimlərinin qalib Lider İlham Əliyevin olacağını vurğulayıblar.

DİGƏR Xəbərlər Arxiv