YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqının arzusunu reallaşdıran Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Goranboy rayonunun Səfikürd, Hazırəhmədli, Bəşirli, Göynüyən və Qarasuçu kənd seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, təşviqat qrupunun üzvləri İsgəndər Səklikov, İbrahim Həsənov, Gündüz Hacıyev, Kəmalə İsmayılova, Nürəddin Həsənov və İlhamə Qasımova çıxış ediblər. Natiqlər seçiciləri bütün nailiyyətlərimizin, qələbələrin təminatçısı olan Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək Azərbaycanın davamlı inkişafına – cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv