YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın düzgün qərarının parlaq təcəssümü

Ağstafalı seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Ağstafa rayonunun Dağ Kəsəmən, Poylu kəndlərində seçicilərlə, Aşağı Kəsəmən, Xətai kəndlərində şəhid ailələri ilə görüş keçirilib.

Görüşlərdən əvvəl Dağ Kəsəmən və Poylu kəndlərində şəhid ailələrinin iştirakı ilə “Şəhidlər” abidə kompleksləri ziyarət olunub, abidələrin önünə tər gül dəstələri düzülüb.

Tədbirlərdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, təşviqat qrupunun üzvləri Sahib Salıfov, Ləman Cəlilova, Xuraman Əzimova, Həcər Namazova, Alı Mehdiyev, Təranə Abdullayeva, Asif Qənbərov, İmran Nəsibov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, gələcək inkişaf konsepsiyasının uğurla icrası üçün növbəti dövrdə də Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi olduqca zəruridir. Xalqımız daim dövlətimizin başçısının ətrafında sıx birləşməli, 7 fevralda keçiriləcək prezident seçkilərində bu möhtəşəm siyasətin davamına səs verməlidir.

Görüşlər zamanı çıxış edən seçicilər, o cümlədən şəhid ailələrinin üzvləri həyata keçirilən dövlət siyasətini dəstəklədiklərini, seçkilərdə fəal iştirak edərək YAP-ın namizədi, qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbirlərin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, kampaniya çərçivəsində  Ağstafa şəhərində fərdi görüşlər də keçirilib.

DİGƏR Xəbərlər Arxiv