YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderə xalqın etimadı sonsuzdur!

Bərdə rayonunda təbliğat kampaniyası uğurla davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Bərdə rayonunun   Həsənqaya, Saatlı, Qəhrəmanlı, Mirasəfli kəndlərində gənc seçicilərlə, eləcə də Çələbilər, Nifçi kəndlərində  seçicilərlə görüş keçirilib.

Tədbirlərin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, təbliğat qrupunun üzvləri Qasım Hacıyev, Tərlan Musayeva, Aqşin Hacızadə, Raqub Yunisov, şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova, Birinci Qarabağ müharibəsi iştirakçısı Gəray Əsədov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə  yetirib, hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib və xalqımızı öz ətrafında dəmir yumruq kimi birləşdirərək qalib xalq, dövlətimizi qalib dövlət etməyi bacarıb.  

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib Lider, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komanda İlham Əliyevə səs  verəcəklərini bildiriblər. 

Tədbirlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Təşviqat qrupunun üzvləri, həmçinin Güloğlular kəndində 93 yaşlı Süleyman Qəribovun və  şəhid Fəxri Qəribovun ailəsində olub, təşviqat  işi evlərdə davam etdirilib.

DİGƏR Xəbərlər Arxiv