YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mingəçevir şəhərində seçicilərlə növbəti görüş keçirilib

2024-cü ilin fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Mingəçevir şəhərində  seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, təşviqat qrupunun üzvləri Təhmasib Hüseyinov, Allahverdi Alıyev, Həqiqət Şahmuradova, Ayaz Umudəliyev, Rizvan Mikayıllı çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin güclü, qətiyyətli və müdrik Lider olduğu vurğulanıb. Bildirilib ki, məhz bu nöqteyi-nəzərdən cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz üçün gələcək hədəflərin reallaşması müstəsna əhəmiyyət kəsb edir.

Natiqlər bildiriblər ki, gələcək inkişaf konsepsiyasının uğurla icrası üçün növbəti dövrdə də cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi olduqca zəruridir.

Qeyd edək ki, həmin gün Mingəçevir şəhərinin Şah İsmayıl Xətai, Aydın Məmmədov və Nəcəb Bəy Vəzirov küçələrində  yaşayan seçicilərlə də fərdi  görüşlər keçirilib.