YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ən qüdrətli dövrünü yaşayır

Lənkəranlı seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Lənkəran rayonunun Girdəni, İstisu, Havzava, Vilvan, Viravul, Sütəmurdov kəndindən olan seçicilər, eləcə də şəhid ailələri, qazilər, müharibə iştirakçıları ilə görüş keçirilib.

Görüşdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, Milli Məclisin deputatı Cavanşir Paşazadə, təşviqat qrupunun üzvləri Əlimərdan Əliyev, Əliniyaz Ağayev, Əlixan Bədəlov, İltifat Cavadov, Ramin Hüccətov, şəhid Taleh İsmayılovun həyat yoldaşı Gülay İsmayılova və şəhid Milli Qəhrəman Əskər Əliyevin atası Ələkbər Əliyev çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin liderlik qabiliyyəti, qətiyyəti, əzmi, gücü sayəsində ard-arda əldə edilən siyasi, iqtisadi, hərbi zəfərlər Azərbaycanın beynəlxalq nüfuzunu daha yüksək zirvələrə ucaldıb. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Lider kimi adını əbədi olaraq tarixin qızıl səhifələrinə yazdı. Diqqətə çatdırılıb ki, fevralın 7-nə təyin olunmuş   prezident seçkiləri də məhz yeni dövrün reallığıdır.

Çıxış edən seçicilər də fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs  verəcəklərini qeyd ediblər.