YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusarlı seçicilər qalib xalqın qalib Liderini dəstəkləyirlər!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Qusar rayonunda şəhid ailələri və qazilərlə görüş keçirilib.

Tədbirdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, şəhid anası Məryəm Xəncəlova, şəhid xanımı Sevda Sultanova, Vətən müharibəsi iştirakçısı Rəşad Aslanov, qazi İlkin Abuyev çıxış ediblər. Görüş zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə torpaqlarımızın işğaldan azad olunmasından, 2023-cü il sentyabrın 20-də Qarabağ bölgəsində uğurla başa çatan antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suverenliyini bərpa etməsindən bəhs edilib.

Eyni zamanda, çıxışçılar şəhid ailələrinə və qazilərə dövlət dəstəyinin daim diqqət mərkəzində olduğunu vurğulayıblar.

Qeyd edək ki, kampaniya çərçivəsində rayonun İmamqulukənd kəndində də  seçicilərlə görüş keçirilib.