YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tovuz rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Tovuz və Qovlar şəhərlərində, o cümlədən rayonun Ağdam, Vahidli kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, təşviqat qrupunun üzvləri İlqar Kərimov, Mücaməddin Axundov, Qasım Hüseynov, Mayıl Hümmətov, Nazim Quliyev, İlqar Axundov, Rauf Rüstəmov, Humay Aslanova, şəhid atası Dönməz Məmmədov çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində əldə olunan uğurlardan, Vətən müharibəsində əldə olunmuş böyük Qələbənin əhəmiyyətindən, yeni mərhələdə aparılan məqsədyönlü siyasətdən, işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işlərindən, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışından bəhs olunub. Bildirilib ki, qalib xalqın qalib Lideri xalqın Ona olan dəstəyindən əmindir.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək Azərbaycanın davamlı inkişafına - Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv