YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirlilərin seçimi cənab İlham Əliyevdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Şəmkirdə seçicilərlə görüş keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Milli Məclisin deputatı Nurlan Həsənov çıxış ediblər.

Natiqlər son illər  ölkəmizdə gedən abadlıq-quruculuq işlərindən, xalqın sosial rifahına yönəlmiş lahiyələrdən, beynəlxalq səviyyədə ölkəmizin artan nüfuzundan, ordu quruculuğundan, iqtisadi yüksəlişdən, dayanıqlı inkişafdan söhbət açaraq, bu nailiyyətlərin asan yolla deyil, düşünülmüş və məqsədyönlü siyasət, gərgin əməyin nəticəsində əldə olunduğunu diqqətə çatdırıblar.

Çıxış edənlər Azərbaycanın yeni qələbələrə və uğurlara imza atması naminə seçiciləri partiya namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

DİGƏR Xəbərlər Arxiv