YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağ gəncləri ölkəmizin parlaq gələcəyinə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-da YAP Qaradağ rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, Avropa çempionu Kamran Məlikov, təşviqat qrupunun üzvləri Gül Qədirli, Ramal Qiyasov çıxış edərək müstəqil Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti, dövlətimizin müasir gəncliyə göstərdiyi diqqət və qayğı, onların hərtərəfli inkişafı üçün yaradılmış şərait barədə ətraflı məlumat veriblər. Natiqlər qeyd ediblər ki, son 20 ildə Azərbaycanın əldə ediyi iqtisadi uğurlarda, Ermənistan tərəfindən 30 il işğal altında saxlanılan torpaqlarımızın azad olunmasında, bu torpaqlarda həyata keçirilən bərpa işlərində gənclərimiz xüsusi rol oynayırlar.

Görüş zamanı çıxış edən gənc seçicilər budəfəki prezident seçkilərində də cənab İlham Əliyevin alternativinin olmadığını, qalib Liderə səs verəcəklərini xüsusi qeyd ediblər.

Qeyd edək ki, Qaradağ rayonunda seçicilərlə digər görüşlər də keçirilib. Görüşlərdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputataları Aydın Hüseynov və Səbinə Xasayeva, “91-lər”dən Allahverdi Hacıyev və təşviqat qrupunun üzvləri çıxış ediblər.

DİGƏR Xəbərlər Arxiv