YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Güclü Liderə səs verəcəyik!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Kəngərli rayonunun Şahtaxtı kəndininin seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva, təşviqat qrupunun üzvləri Naxçıvan MR Ali  Məclisinin  deputatı Ehtimad Məmmədov, Vəli Vəliyev, Rəhman Həsənov, qazi Şakir Babayev, qazi Nicat Süleymanov çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin siyasəti nəticəsində qazanılan uğurlardan bəhs ediblər. Natiqlər seçiciləri fevralın 7-də seçki məntəqələrinə gedərək Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşdə iştirak edən seçicilər fevralın 7-də keçiriləcək seçkilərdə qalib Lider İlham Əliyevə səs verəcəklərini yekdilliklə ifadə ediblər.

Qeyd edək ki, Kəngərli rayonunun Böyükdüz, Qabıllı, Qıvraq, Təzəkənd, Xıncab, Yeni Kərki və Yurdçu kəndlərində fərdi görüşlər keçirilib.