YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımız cənab İlham Əliyevi dəstəkləyir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də İsmayıllı şəhərinin müxtəlif ərazilərində seçicilərlə məhəlli görüşlər keçirilib.

Görüşdə YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov və təşkilatın sədr müavini Anar Nəbiyev iştirak edib, seçiciləri səsvermə günü fəal olmağa çağırıblar.

Seçicilər isə Prezident İlham Əliyevin xalqa verdiyi bütün vədləri yerinə yetirdiyini, Azərbaycanı güclü və qüdrətli dövlətə çevirdiyini qeyd ediblər və fevralın 7-də seçki məntəqələrinə gedərək öz səslərini Yeni Azərbaycan Partiyasının namizədinə verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv