YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XXI əsrin qalib Lideri

2024-cü il fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Lerik rayonunun Şingədulan, Siyov, Kirəvud, Daster kəndlərində yaşayan seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, təşviqat qrupunun üzvləri Gültəkin Şıxəliyeva, Veysəl Məlikov, Mahmud Zaidov, Elxan Qənbərov və Elxan Əliyev çıxış ediblər.

Çıxış edənlər bildiriblər ki, bu gün Azərbaycan möhtəşəm uğurları ilə dünyanın diqqətindədir. Məhz uğurlu siyasətin, ölkəmizdə xalq-lider birliyinin beynəlxalq səviyyədə yüksək təqdir edilməsinin nəticəsidir ki, Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə, xalqımız dünyanın ən xoşbəxt xalqları sırasında qərarlaşır. 

Natiqlər kənd sakinlərini fevralın 7-də keçiriləcək seçkilərdə fəal olmağa və XXI əsrin qalib Liderinə səs verməyə çağırıblar.

Sonda seçicilər son 20 ildə xalq qarşısında verdiyi bütün vədləri yerinə yetirən, ölkəmizə mühüm uğurlar qazandıran cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.