YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişaf və sabitlik naminə Qalib Liderə səs verək!

Mingəçevir şəhərində məskunlaşmış kəlbəcərli seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Mingəçevir şəhərində məskunlaşmış seçicilərlə görüş keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüş Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Görüşdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Milli Məclisin deputatı Aqil Məmmədov, təşviqat qrupunun üzvləri Əli Bağırov, Saday Musayev, şəhidlərin ailə üzvləri Sönməz Ələkbər, Qurban Tağızadə və şəhid xanımı Afət Muxtarova çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin son 20 ildə Azərbaycan xalqı və dövləti üçün gördüyü misilsiz işlərdən bəhs olunub. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin xalqın alternativsiz lideri olduğu diqqətə çatdırılıb. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində ölkəmizin bütün sahələr üzrə inkişafa nail olduğu qeyd olunub.

Çıxış edən natiqlər hər bir seçici qarşıdan gələn prezident seçkilərində fəal olmağa, qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də artıq seçimlərini etdiklərini və fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.  

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.