YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubalılar inkişafı, firavanlığı və sabitliyi seçirlər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Quba rayonunun Amsar, Birinci Nügədi və İspik kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşviqat qrupunun üzvləri Elxan Məhərrəmov, Tahir Nuriyev, Laçın Səfərəliyev, Elza Orucova və Fidan Bağırova çıxış ediblər. Natiqlər  ölkənin tərəqqisi, gələcək inkişafı və firavanlıq naminə qarşıdan gələn prezident seçkilərində hər kəsi cənab İlham Əliyev namizədliyini dəstəkləməyə çağırıblar.
Görüş zamanı çıxış edən seçicilər artıq seçimlərini etdiklərini və 7 fevralda cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.