YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanı qüdrətli dövlətə çevirən Lider

Xaçmazlı seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Xaçmaz rayonu Xudat şəhəri, Köhnə Xudat və Susayqışlaq kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşlərdə YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, YAP İdarə heyətinin üzvü Elnur Sadıqov, təşviqat qrupunun üzvləri Nazim Ağayev, Telman Museyibov, Abasyar Heydərov, İradə Çobanova   çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, qarşıdan gələn prezident seçkiləri müstəqillik tariximizdə Azərbaycan ərazilərinin tam azadlığı şəraitində keçiriləcək ilk seçki olacaq. İndi həm torpaqlarımız işğaldan azad edilib, həm də Qarabağda erməni separatizminə son qoyulub. Bu baxımdan prezident seçkiləri hər birimiz və bütövlükdə dövlətimiz üçün böyük mənəvi-siyasi əhəmiyyət daşıyır. Natiqlər seçiciləri 7 fevral seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan YAP namizədi İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Xaçmaz şəhəri Nəriman Nərimanov küçəsi 64, 64A və 66 bina sakinləri ilə, Xudat şəhərində isə Nizami, mədəniyyət və istirahət parkında şəhər sakinləri ilə görüş keçirilib.

DİGƏR Xəbərlər Arxiv