YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gədəbəylilər öz seçimini edib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də  Gədəbəy rayonunun Qumulu, Dəyəqarabulaq və Miskinli  kəndlərində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Təftiş komissiyasinin sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, partiyanın Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, təşviqat qrupunun üzvləri Zaur Mehdiyev, Müşfiq Bağırov, Seymur Söyünov, Tural Topçuyev, Vətən müharibəsinin iştirakçısı Eşqin İbrahimov  və  başqaları çıxış ediblər. Qeyd olunub ki, 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin müraciətinə cavab olaraq öz düzgün seçimini edən Azərbaycan xalqı cənab İlham Əliyevə səs verərək ilk dəfə Prezident seçdi. Son 20 il çağdaş tariximizə qızıl hərflərlə yazılan səhifə oldu. İndi isə qarşıda yeni hədəflər durur. Bu hədəflərə çatmaq və Azərbaycanın dayanıqlı inkişafını təmin etmək prioritet olaraq qalır. Bu mübarizənin önündə getməyi bacaran, Azərbaycanı qələbədən qələbəyə aparan Lider var. O da cənab İlham Əliyevdir.

Görüşdə çıxış edən seçicilər fevralın 7-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunu yüksək səviyyədə həyata keçirən cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbirlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Həmçinin təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də  Gədəbəy rayonunun  Miskinli kəndində seçicilərlə fərdi görüş keçirilib. Eləcə də, YAP Təftiş komissiyasinin sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, partiyanın Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev rayonun Çaldaş kənd sakini, partiya veteranı Ələddin Cabbarovu ziyarət ediblər.