YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbrayıllı seçicilərlə növbəti görüş…

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində məskunlaşmış cəbrayıllı seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, təşviqat qrupunun üzvü  Vaqif Məhərrəmov, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev və digərləri çıxış ediblər. Çıxış edənlər bildiriblər ki, ölkənin avanqard siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası seçkilərdə “Qalib xalqın qalib Lideri!” şüarı ilə iştirak edir. Vurğulanıb ki, Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir Yumruğu” ilə qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifəsidir.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə, qalib xalqın qalib Lideri cənab İlham Əliyevə səs verməyə çağırıblar.