YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaqatala rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Zaqatala rayonunda ilk dəfə səs verəcək gənclərlə, o cümlədən Uzuntala kəndinin seçiciləri ilə görüşlər keçirilib.

Görüşlərdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Zaqatala rayon təşkilatının sədr müavini Fərid Ramazanov, Milli Məclisin deputatı Kamilə Əliyeva, təşviqat qrupunun üzvləri Tahir Məmmədov, Samir Rəhimov və Nigar Eminli çıxış ediblər.

Prezident seçkilərinin ərazi bütövlüyümüzün bərpasından sonra keçirilməsinin vacibliyinə toxunan natiqlər cənab İlham Əliyevin ölkəmizə qazandırdığı uğurlardan bəhs edib. Qeyd olunub ki, son 20 ilin uğur salnaməsində qürurverici hadisələrin sayı-hesabı yoxdur.

Çıxış edən seçicilərin hər biri fevralın 7-də öz üzərinə düşən vətəndaşlıq borcunu sədaqətlə, ləyaqətlə və vicdanla yerinə yetirərək cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv