YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabaha inamla!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Xəzər rayonunun Mərdəkan qəsəbəsində təhsil sahəsində çalışan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra isə “Qalib xalqın qalib Lideri” adlı videoçarx nümayiş olunub.

Görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, təşviqat qrupunun üzvləri Siyavuş Novruzov, Ədalət Səmədov, “91-lər”dən Hacı Hacıyev və Gülarə Munis çıxış ediblər.

Çıxışlarda bildirilib ki, xalqımız üçün böyük əhəmiyyət kəsb edən hadisələrdən biri də 7 fevral tarixində keçiriləcək prezident seçkiləridir. Qeyd olunub ki, cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət Azərbaycanı bugünkü qüdrətinə çatdırdı. Natiqlər seçiciləri qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi dəstəkləməyə çağırıb.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv