YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxlılar 7 fevral tarixini səbirsizliklə gözləyirlər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da şəhid ailələrinin üzvləri, müharibə veteranları, Aşağı Əskipara və Yuxarı Əskipara kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşlərdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, təşviqat qrupunun üzvləri Firdovsi Umudov, Bəsti Ələkbərova, Xatın Hüseynxanova, İsgəndər Qurbanov, Barat Alıyev, Məmməd Yusifov, Cavanşir Rüstəmov, Xasay Balayev, şəhid ataları Elxan Abdullayev və Vaqif Nəsibov, Qarabağ müharibəsi əlili, kapitan Samir Çobanov bildiriblər ki, Ümummilli Liderimizin xalqımıza ən böyük mirası olan müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edir, güclənir, qüdrətlənir. Artıq dünya ölkələri Azərbaycanın hansı gücə malik olduğunu görür və yüksək dəyərləndirir.

Natiqlər əminliklə bildiriblər ki, Qazax rayonunun seçiciləri də qarşıdan gələn prezident seçkilərində fəal iştirak edəcək və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.

Tədbirlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, təşviqat qrupunun üzvləri Qazax rayonunun H.Z.Tağıyev, Ş.Xiyabanı küçələrində və Heydər Əliyev prospektində yaşayan seçicilərlə də fərdi görüşlər keçiriblər.

DİGƏR Xəbərlər Arxiv