YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümumxalq sevgisini qazanan qalib Lider

Xızı rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Xızı rayonu Şorabad qəsəbəsində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra cənab İlham Əliyevin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Görüşdə YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, təşviqat qrupunun üzvləri  Fərrux Haqverdiyev, Svetlana Rüstəmova və şəhid anası Cəfərova Zəhra çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr ərzində Azərbaycanda bütün sahələrdə dinamik inkişaf təmin edilib,  ölkəmiz bölgədə və dünyada mövqeyini gücləndirərək söz sahibinə və əsas tərəfdaş dövlətlərdən birinə çevrilib. Həyata keçirilən uğurlu  siyasət nəticəsində Azərbaycanın dostlarının, strateji tərəfdaşlarının və müttəfiqlərinin sayı durmadan artıb. Eyni zamanda, bu gün şanlı Azərbaycan bayrağı Qarabağın bütün ərazilərində - Xankəndidə, Əsgəranda, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanır və xalqımız bunun qürurunu yaşayır.

Natiqlər vətəndaşları dövlətimizin dinamik inkişafını təmin edən, ölkəmizi uğurdan uğura aparan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar. Seçicilər də öz növbəsində fevralın 7-də qalib xalqın qalib Lideri İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv