YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəngərli rayonunun Qarabağlar kəndində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Kəngərli rayonunun Qarabağlar kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva, təşviqat qrupunun üzvləri Əbülfəz Babayev, Vəli Əsədov, Dadaş Qasımov çıxış ediblər. Çıxış edənlər əminliklə bildiriblər ki,  fevralın 7-də  keçiriləcək prezident seçkilərində xalqımız yenidən qalib Lider İlham Əliyevin namizədliyini dəstəkləməklə Azərbaycan dövlətçilik tarixində yeni bir inkişaf və tərəqqi mərhələsinin başlanmasına səs verəcəklər. Bu seçkilərə Yeni Azərbaycan Partiyasının “Qalib xalq qalib Lider” şüarı ilə getməsi də bu reallığı özündə ehtiva edir.

Diqqətə çatdırılıb ki,  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü bərpa olunub, üçrəngli bayrağımızın Qarabağda dalğalanması təmin edilib. Ona görə də qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir.

Çıxış edənlər seçiciləri fevralın 7-də baş tutacaq seçkilərdə seçki məntəqələrinə gedərək qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşdə iştirak edən seçicilər fevralın 7-də keçirilək cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.   

DİGƏR Xəbərlər Arxiv