YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşalılar cənab İlham Əliyevə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Bakının Pirşağı qəsəbəsində məskunlaşmış şuşalı seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, təşviqat qrupunun üzvləri Əlövsət Cəfərov, Anar Cəbizadə və Anar Əlizadə iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda qeyd olunub ki, əsrlərdir məhrumiyyətlərə, əsarətə, torpaq itkilərinə düçar olmuş bir xalqdan artıq qalib xalqa çevrilmişik. Ona görə də, qarşıdan gələn prezident seçkiləri bir neçə mühüm tarixi məqamla əlamətdardır. Belə ki, bu seçkilər torpaqlarımızın tam azadlığı şəraitində keçiriləcək. Bu seçkilər müstəqillik dövründə ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində baş tutacaq. Olduqca qürurvericidir ki, biz bu seçkiyə qalib xalq kimi gedirik.  20 illik tarixi reallıqların fonunda Azərbaycan xalqını zəfərlərdən-zəfərlərə qovuşduran qalib Liderimiz İlham Əliyevə səs verməklə gələcəyimizi etibarlı Liderə əmanət etmiş olacağıq.

Seçicilər isə bildiriblər ki, Azərbaycanı sevən hər bir vətəndaşın tərəddüdsüz seçimi qalib Lider İlham Əliyevdir.  “Doğma Şuşanın xilaskarına səs verəcəyik”,- deyə  şuşalı seçicilər bəyan ediblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.