YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın daha da qüdrətlənməsinə səs verək!

Naftalan şəhərində seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Naftalan şəhərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, YAP Veteranlar Şurasının üzvü  Tahir Məmmədov, təşviqat qrupunun üzvləri Hatəm Qocayev, Elman Alıyev, Ramil Bayramov, Ulduzə Aslanova çıxış ediblər. Ötən 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçərək, bütün sahələrdə nailiyyətlər əldə edildiyini bildirən çıxışçılar  qeyd ediblər ki, 44 gün davam edən Vətən müharibəsində qazanılmış tarixi Qələbənin memarı da məhz Ali Baş Komandan İlham Əliyevdir.

Natiqlər bu əminliyi ifadə ediblər ki,  düzgün və müdrik qərarlar verən xalqımız qarşıdan gələn növbədənkənar prezident seçkilərində də cənab İlham Əliyevin ətrafında səfərbər olacaq və bugünkü uğurlarımızın davamlı olmasına, Azərbaycanın daha da inkişafına və qüdrətlənməsinə səs verəcək.

Görüşlər zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib xalqın Lideri, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv