YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirvan sakinləri ölkənin tərəqqisinə səs verəcəklər

Şirvanda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Şirvan şəhərində seçicilərlə növbəti görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüşdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, təşviqat qrupunun üzvləri Ülviyyə Heydərova, Elçin Məlikov, Amil İsrayılov, Baxşalı Süleymanov, Vasif Əlizadə, Murad Rəhimzadə və Habil Alıyev çıxış ediblər.

Çıxışlarda bildirilib ki, dövlət başçısı Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışıb. Müzəffər Ali Baş Komandan üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail olub.

Təşviqat qrupunun üzvləri Azərbaycanın son 20 il ərzində qazandığı möhtəşəm tarixi nailiyyətlərdən bəhs edərək seçiciləri partiyanın namizədi cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv