YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdam rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də  ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də  Ağdam rayon seçicilərilə növbəti görüş keçirilib.

Görüşdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, təşviqat qrupunun üzvləri Ülvi Qədirov, Şamil Əhmədov, qazi Baxşeyiş Hətəmov çıxış ediblər.

 Çıxışlarda qeyd olunub ki, qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Bildirilib ki, son 20 ildə bütün sahələr üzrə böyük nailiyyətlər əldə olunub, Prezident İlham Əliyev ötən müddət ərzində öz əməli fəaliyyəti ilə hər bir azərbaycanlının lideri olduğunu təsdiq edib.  Ən əsası 30 ilə yaxın müddət ərzində işğal altında qalmış tarixi torpaqlarımız düşmən tapdağından azad edilib.  Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış ən böyük nailiyyətlərimiz olan tarixi Zəfər isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır.

Seçicilərlə görüş zamanı qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, dəmir iradəsi sayəsində yeni reallıqlar yaranıb və onun rəhbərliyi altında bundan sonra da müstəqil Azərbaycanımız yeni hədəflərə doğru inamla addımlayacaq.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevarlın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs  verəcəklərini bildiriblər.